Fransada yəhudi məzarlarına hücum olub
Tarix: 6-12-2019, 13:48
Baxılıb: 600
Google+ Paylaş
Tumblr Paylaş

Fransada yəhudi məzarlarına hücum olub

6-12-2019, 13:48

Fransada yerləşən yəhudi məzarlığına sağçı qrupların hücumu nəticəsində 100-dən çox məzar daşı təhqir olunub, üzərinə spreylə nasist svastikası çəkilib.
Hadisə Strasburq yaxınlığında yerləşən Vesthoffen şəhərinin şərqində baş verib.
Məzar daşlarından birinin üzərinə 1970-80-ci illərdə aktiv olan sağçı "Elsässischen Schwarzen Wolfe" qrupunun adı da yazılıb.
Vesthoffen məzarlığında təqribən 700-ə yaxın məzar yerləşir və bunların arasında Fransanın ilk yəhudi lideri, İkinci Dünya Müharibəsindən öncə qısa müddət baş nazir olmuş Leon Blumun yaxınlarının da məzarları var.
Fransa prezidenti Emmanuel Makron bu aksiyanı pisləyən bəyanatla çıxış edib. Fransanın daxili işlər naziri isə məzarlığı ziyarət edərək baş verənləri "açıq nifrətin ifadəsi" adlandırıb və bölgədə bu hallara qarşı operativ polis dəstəsinin yaradılacağını bəyan edib.
Xatırladaq ki, Fransa Avropada ən böyük yəhudi icmasının olduğu ölkədir. Təxminən 550 000 yəhudinin vətəni olan Fransa son aylarda ölkənin şimal-şərqində, Almaniya ilə sərhəddə yerləşən Elzas bölgəsindəki bənzər aktlarla yadda qalmaqdadır.
Avromedia.az
N.SAFURA
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ