İsrail işğalda saxladığı əl-Xəlildə yeni yəhudi yaşayış massivi salmağa başlayıb
Tarix: 2-12-2019, 18:50
Baxılıb: 1 129
Google+ Paylaş
Tumblr Paylaş

İsrail işğalda saxladığı əl-Xəlildə yeni yəhudi yaşayış massivi salmağa başlayıb

2-12-2019, 18:50

İsrail işğalda saxladığı əl-Xəlildə İbrahim peyğəmbərin məqbərəsi yaxınlığında yeni yəhudi yaşayış massivi salır.
Avromedia.az xəbər verir ki, İsrailin müdafiə naziri Benet Neftali əl-Xəlil şəhərinin mərkəzində yeni yəhudi yaşayış massivinin salınmasını təsdiqləyib.
Eyni zamanda baş nazir Benyamin Netanyahunun ofisindən də bildirilib ki, İsrail (işğalda olan) İordan çayının qərb sahilində yəhudi yaşayış massivlərinin təhlükəsizliyi üçün əlavə 61 milyon dollar ayırıb.
Qeyd edək ki, 1967-ci ildə işğal edilən İordan çayının qərb sahilində 80-dən çox yəhudi yaşayış massivi mövcuddur. ABŞ dövlət katibi Mayk Pompeo iki həftə öncə bu yaşayış massivlərinin qeyri-qanuni olmadığını bildirib.
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ