Çin BMT-ni Honq Konqda zorakılığı təbliğ etməkdə ittiham edir
Tarix: 2-12-2019, 18:30
Baxılıb: 167
Google+ Paylaş
Tumblr Paylaş

Çin BMT-ni Honq Konqda zorakılığı təbliğ etməkdə ittiham edir

2-12-2019, 18:30

Çin, ABŞ-da Honq Konqla bağlı qanun qəbul edildikdən sonra bir sıra Amerika qeyri-hökumət təşkilatlarına qarşı sanksiya tətbiq etməyə qərar verib.
Avromedia.az verdiyi xəbərə görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çuning məlumat verib.
Diplomatın qeyd etdiyi kimi, ABŞ "beynəlxalq hüququn və beynəlxalq münasibətlərin əsas normalarını ciddi şəkildə pozaraq" və "Çinin etirazına məhəl qoymayaraq" qanunu qəbul edib.
O həmçinin qeyd edib ki, söhbət Çinin daxili işlərinə müdaxilədən gedir.
“Pekin bununla bağlı ən kəskin şəkildə etirazını bildirib. Buna cavab olaraq Çin ABŞ-ın NDI, HRW, Freedom House kimi bir sıra qeyri-hökumət təşkilatlarına qarşı sanksiya tətbiq etmək qərarına gəlib", o deyib.
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ