Hindistanda şiddətli yağışlar 5 nəfərin həyatına son qoydu
Tarix: 2-12-2019, 12:45
Baxılıb: 1 728
Google+ Paylaş
Tumblr Paylaş

Hindistanda şiddətli yağışlar 5 nəfərin həyatına son qoydu

2-12-2019, 12:45

Hindistanın Tamil-Nadu ştatında son 2 gündür yağan şiddətli yağışlar ən azı 5 nəfərin ölümünə səbəbə olub.
Şiddətli yağışların Kuddalor rayonunda törətdiyi sel və daşqınlara görə min nəfər təxliyə edilib. Bəzi yerlərdə elektrik təchizatı dayandırılıb, 100-dən çox evə ciddi ziyan dəyib, min hektar əkin sahəsini su basıb.
Ştatın meteorologiya qurumu şiddətli yağışların daha iki gün davam edəcəyi proqnozunu əsas götürərək 6 rayonda ən yüksək səviyyədə xəbərdarlıq elan edib.
Balıqçı gəmilərinin sahilə qayıtması tövsiyə olunub. Bəzi yaşayış məntəqələrində yağıntının miqdarının 200 millimetrə çatacağı gözlənilir. Puduçeri rayonunda orta məktəblərdə dekabrın 2-nə nəzərdə tutulan dərslər təxirə salınıb.
Bildirilir ki, oktyabr ayında şimal-şərq musson yağışları başlayandan bəri Tamil-Nadu ştatında 390 millimetr miqdarında yağıntı qeydə alınıb.
Avromedia.az
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ