Lavrov Bakıda Qarabağı müzakirə edəcək
Tarix: 2-12-2019, 11:43
Baxılıb: 1 629
Google+ Paylaş
Tumblr Paylaş

Lavrov Bakıda Qarabağı müzakirə edəcək

2-12-2019, 11:43

Bu gün Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Bakıya iki günlük rəsmi səfəri başlayır.
Avromedia.az xəbər verir ki, səfərin proqramında Rusiyanın XİN rəhbərinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü və Xarici İşlər naziri Elmar Məmmədyarovla danışıqları nəzərdə tutulub.
“Xarici İşlər naziri Elmar Məmmədyarovla danışıqlar zamanı ikitərəfli əməkdaşlığın əsas məsələlərinin müzakirə olunması planlaşdırılır.
Beynəlxalq və regional məsələlər, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair fikir mübadiləsi aparılacaq”, - Rusiya XİN-dən bildirilib.
Nazirlik tərəflərin Rusiya və Azərbaycanın xarici işlər orqanlarının 2020-ci il üçün konsultasiya planını da imzalamağı planlaşdırdığını qeyd edib.
N.SAFURA
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ