Kiberhücumların əsas hədəfi-iqtisadiyyat və sənayenin inkişafını ləngitmək- TƏHLİL
Tarix: 22-11-2019, 15:37
Baxılıb: 1 140
Google+ Paylaş
Tumblr Paylaş

Kiberhücumların əsas hədəfi-iqtisadiyyat və sənayenin inkişafını ləngitmək- TƏHLİL

22-11-2019, 15:37

Dünya inkişaf etdikcə, hər bir ölkə uzun müddətli tədqiqatlar nəticəsində bəşəriyyətə yeni töhfələr verdikcə, bu və ya digər ölkənin inkişafını istəməyən dövlətlər də öz növbəsində yenilikləri, dünyaya təqdim edilən töhfələri həzm edə bilməyərək adekvat addımlar atır, onu geiləməyə çalışırlar. Günümüzdə dünya ölkələrinin daha çox iqtisadiyyat və sənaye baxımından inkişaf etdiyini nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, elə qarşı tərəfi də daha çox qeyd edilən iki istiqaməti ləngitmək, ona zərbə vurmaq planları düşündürür. Əgər son on illiklərə qədər dünyanın bir supet gücü digər super gücünün əsasən hərbi sənayesi, hərbi potensialına zərbə vurmağı düşünürdüsə, indi onun yerini iqtisadiyyat və sənaye əvəzləyib. Çünki iqtisadiyyatı və sənayesi zəif olan bir ölkənin hərbi potensialını gücləndirməsi tərsmütənasiblik təşkil edir.  Ona görə də hazırda bütün təhdidlər, hücumlar bu və ya digər ölkənin iqtisadi və sənaye potensialına doğru istiqamətlənir.  Məsələn, Türkiyə və Rusiya Federasiyasına milli valyuta vasitəsilə vurulan zərbə Ankara və Moskvanın iqtisadi potensialını hər nə qədər aşağı salıb, bu ölkələri müəyyən qədər daha güclü iqtisadi inkişafdan geri qoydusa, eləcə də cənub qonşumuz İran İslam Respublikasına neft satışı sahəsində tətbiq edilən beynəlxalq məhdudiyyətlər Tehrana eyni aqibəti yaşatdı. Ona görə də günümüzdə bir ölkənin inkişafına əngəl vurmaq üçün ən optimal variant onun iqtisadiyyatı və sənayesini zəiflətməkdir. Burada diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, son illərdə kiber hücumlar da daha çox ayrı-ayrı ölkələrin iqtisadiyyatı və sənayesinə doğru hədəflənir. Təəssüflər olsun ki, bu sahədə adekvat addımların yetərli olmaması kiberhucumların sayının artmasına gətirib çıxarır.
Elə aparılan son araşdırmalar da belə deməyə əsas verir.  "Kaspersky" şirkətinin  apardığı son sorğusunun nəticələrinə görə, dünya üzrə sənaye müəssisələrinin üçdə ikisi (67 faizi) şəbəkələrində baş verən kiber hücumlar barədə tənzimləmə orqanlarına məlumat vermir. Müxtəlif norma və tələblərə uyğunluq müasir sənaye şirkətləri üçün icbaridir, hətta informasiya təhlükəsizliyinə investisiya qoyuluşunun əsas amillərindən biridir, lakin müəssisələr çox vaxt bütün qaydalara əməl etmirlər.
Sənaye şirkətləri ən çox tənzimləyicinin tətbiq etdiyi cərimələrdən və bu cür hadisələr barədə məlumatların üzə çıxmasının onların nüfuzuna xələl gətirə biləcəyindən narahatdırlar. Sorğu zamanı respondentlər kiber hadisələrin yarısından çoxunun (52%) tənzimləyicilərin tələblərinin pozulmasına səbəb olduğunu etiraf ediblər. Respondentlərin 63 faizi kiber insidentlər səbəbindən müştəri etibarının itirilməsinin mümkünlüyündən çox narahat olduqlarını söyləyiblər.
Kiber hücumlar haqqında tənzimləyicilərin məlumatlandırılması istisna olmaqla, sənaye şirkətləri ümumiyyətlə norma və tələblərə çox ciddi yanaşırlar. Sorğunun nəticələrinə görə, dünya üzrə müəssisələrin yalnız 21 faizi tənzimləyicinin tələblərini lazımi səviyyədə yerinə yetirmədiklərini düşünür. Bundan əlavə, şirkətlərin 55 faizi norma və qaydalara riayət etməyi informasiya təhlükəsizliyinə qoyulan əsas sərmayə hesab edir. Müəssisələrin yalnız 28 faizi mövcud təhlükələrin mənzərəsinə əsaslanaraq kiber təhlükəsizlik üçün büdcə təyin edir.
"Sənaye sahəsində tənzimləyici orqanların norma və tələblərinə riayət etmək son dərəcə ciddi bir vəzifədir. Lakin daim dəyişən kiber təhlükələrin real mənzərəsini xatırlamaq eyni dərəcədə vacibdir. Müəssisələrin bütün tələblərə uyğun və yüksək keyfiyyətli təhlükəsizliyinin təmin olunmasına ixtisaslaşdırılmış qoruyucu həll və aydın təhlükəsizlik siyasəti ilə nail olmaq olar. Bu cür həllər qabaqcıl təhlükətanıma texnologiyalarını, həssaslıqların qiymətləndirilməsini və insidentlərə reaksiya vasitələrini özündə cəmləməli, habelə işçilərə kiber təhlükəsizlik sahəsində bilik və bacarıqlarını artırmaq üçün yeni imkanlar təqdim etməlidir." deyə "Kaspersky Industrial CyberSecurity" istiqamətinin rəhbəri Georgiy Şebuldayev vurğulayıb.
Xüsusilə texnoloji və sənaye şəbəkələrinin qorunması üçün "Kaspersky" şirkəti "Kaspersky Industrial CyberSecurity" həlli hazırlayıb. Bu texnologiya və xidmətlər kompleksi istehsal sistemlərinin bütün səviyyələrində, o cümlədən SCADA serverləri, operator panelləri, mühəndis stansiyaları, şəbəkə bağlantıları və fərdi avadanlıqlarda kiber təhlükəsizliyi təmin edir.
Avromedia.az
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ