ABŞ-da Honq Konqda demokratiya dəstək layihəsi təsdiqlənib
Tarix: 22-11-2019, 19:50
Baxılıb: 1 130
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ-da Honq Konqda demokratiya dəstək layihəsi təsdiqlənib

22-11-2019, 19:50

Honq Konqdakı etirazları dəstəkləyən qanun dəyərləndirilməsi üçün ABŞ prezidenti Donald Trampa göndərilib.
ABŞ Konqresinin Senatı və Nümayəndələr Palatası tərəfindən təsdiqlənən qanun, Respublikaçı və Demokrat Partiyaların tam dəstəyini alıb.
Honq Konq İnsan Hüquqları və Demokratiya Aktı sənədi Respublikaçı senator Marko Rubio tərəfindən Konqresə təqdim edilib.
Amerika mediasına görə, Tramp tərəfindən imzalanması ehtimal edilənqanun layihəsində, Honq Konqdakı nümayişlər zamanı insan hüquqlarının pozulmasına və zor tətbiq edilməsinə görə məsuliyyət daşıyan Çin hakimiyyətinə qarşı sanksiyaların tətbiqi nəzərdə tutulur.
Sənədə əsasən, ABŞ Dövlət Departamenti ildə bir dəfə Honq Konqdakı vəziyyətlə bağlı Konqresə hesabat verməlidir.
Avromedia.az
N.SAFURA
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ