Səudiyyənin müharibə və mühasirəsinə görə Yəməndə ilə yüz min uşaq ölür - Səhiyyə Nazirliyi
Tarix: 22-11-2019, 18:30
Baxılıb: 1 630
Google+ Paylaş
Tumblr Paylaş

Səudiyyənin müharibə və mühasirəsinə görə Yəməndə ilə yüz min uşaq ölür - Səhiyyə Nazirliyi

22-11-2019, 18:30

"Səudiyyə Ərəbistanın təcavüzündən və mühasirəsindən irəli gələn vəziyyətə görə, burada vəba və mədə xəstəliklərinin yayılması, mühasirəyə görə dava-dərmanların olmaması və ya istifadə müddəti bitmiş dərmanların istifadəsinə görə ölkədə ilə yüz min uşaq həyatını itirir."
Avromedia.az əl-Məyadinə istinadla xəbər verir ki, bunu qərargahları Yəmən paytaxtı Sənada yerləşən Səhiyyə Nazirliyinin rəhbəri Taha əl-Mütəvəkkil deyib.
T. əl-Mütəvəkkilin sözlərinə görə hazırda onların nəzarətindəki bölgələrdə vəba xəstəliyinə tutulmuş iki milyon iki yüz min xəstə var ki, onların 32 faizini uşaqlar təşkil edir.
Əlavə edilib ki, indiyə qədər vəbadan ölənlərin sayı 3750 nəfər təşkil edir.
Mərkəzi qərargahları paytaxt Sənada yerləşən Yəmən Səhiyyə Nazirliyinin rəhbəri bildirib ki, bu vəziyyət Səudiyyə Ərəbistanın hərbi koalisiyasının apardığı müharibə, ölkəni mühasirədə saxlaması, dava-dərman və səhiyyə sahəsinə lazım olan cihazlar kimi vacib əmtiələrin girişinə qoyduğu məhdudiyyətlərə görədir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ