«Ən-Nusra »nın Hələbə raketlər atması nəticəsində 7 sakin həyatını itirib
Tarix: 22-11-2019, 18:10
Baxılıb: 1 128
Google+ Paylaş
Tumblr Paylaş

«Ən-Nusra »nın Hələbə raketlər atması nəticəsində 7 sakin həyatını itirib

22-11-2019, 18:10

Suriya Ordusu "ən-Nusra Cəbhəsi" terror təşkilatının Hələb şəhərinin qərbindəki ər-Raşidin qəsəbəsinə etdiyi hücumun qarşısını alsa da terror təşkilatının Hələbin müxtəlif rayonlarına atdığı raketlər və mərmilər nəticəsində azı 7 nəfər həyatını itirib.
Avromedia.az əl-Məyadinə istinadla xəbər verir ki, "ən-Nusra Cəbhəsi" terror təşkilatının Hələb şəhərinin müxtəlif rayonlarına atdığı raket və mərmilər 7 nəfərin həyatına son qoyub və 30 nəfərin yaralanması ilə nəticələnib.
Eyni zamanda Suriya Ordusu və Rusiya Hərbi Hava Qüvvələri Hələb və İdlib əyaləti ərazisində "ən-Nusra Cəbhəsi" terror təşkilatına və onun tabeçiliyində olan "Əcnadul-Quqaz"a hava zərbələri endiriblər.
Artıq iki gündür İdlib və Hələb əyalətlərində döyüş cəbhələrində qarşıdurmalar yenidən baş qaldırıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ