Dövlət Departamenti Su-35 almaqdan imtina ilə əlaqədar Misirlə danışıqlar aparmaq cəhdləri barədə məlumat verib
Tarix: 22-11-2019, 17:50
Baxılıb: 1 727
Google+ Paylaş
Tumblr Paylaş

Dövlət Departamenti Su-35 almaqdan imtina ilə əlaqədar Misirlə danışıqlar aparmaq cəhdləri barədə məlumat verib

22-11-2019, 17:50

ABŞ və Misir Qahirənin Rusiyadan Su-35 qırıcılarını satın almasının mümkün nəticələrini müzakirə edir.
Avromedia.az-ın "İnterfaks"a istinadla verdiyi xəbərə görə, bu barədə dövlət idarəsinin yüksək vəzifəli şəxsi açıqlama verib.
"Misir, əlbətdə ki, Türkiyədə baş verənləri yaxşı anlayır. Misir, özünümüdafiə üçün tələblərini dəqiq ifadə edib. Buna baxmayaraq, biz onların tələblərinə cavab vermək üçün onlarla işləyirik, lakin biz də onlarla çox şəffaf idik. "Suxoy-35" və ya "Su-35" kimi vacib  Rusiya müdafiə platforması əldə etmək istəsələr onlar sanksiya riski altına düşə bilərlər", o deyib.
Onun sözlərinə görə, ABŞ bu məsələni həll etmək üçün Misirlə işləyir.
"Hələlik mövqelərimiz barədə tam razılaşma əldə etmədik, ancaq risk altında olduqlarını yaxşı bilirlər", deyə Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi vurğulayıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ