İğtişaşlara 48 saat ərzində son qoyuldu - Sepah generalı
Tarix: 22-11-2019, 17:30
Baxılıb: 1 628
Google+ Paylaş
Tumblr Paylaş

İğtişaşlara 48 saat ərzində son qoyuldu - Sepah generalı

22-11-2019, 17:30

"Benzinin qiyməti qalxdıqdan sonra ölkənin 28 əyalətinin yüzdən çox şəhər və qəsəbəsində iğtişaş halları qeydə alınıb. İğtişaşlara 48 saat ərzində son qoyuldu."
Avromedia.az xəbər verir ki, bu barədə İranın İslam İnqilabının Keşikçilər Korpusunun komandan müavini Əli Fədavi deyib.
Sepah generalı Tehranda çıxışı zamanı son günlərdə ölkədə baş vermiş etiraz və iğtişaşlara toxunub və bildirib ki, təhlükəsizlik qüvvələrinin tədbirləri və xalqın əməkdaşlığı nəticəsində 28 əyalətin yüzdən çox məntəqəsində qeydə alınan iğtişaşlar 48 saat ərzində dayandırılıb.
Qeyd edək ki, İran son iğtişaşlarda azı min nəfərin həbs edildiyini bildirib.

N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ