Etirazçılar İraq-Küveyt sərhəd keçidini bağlayıblar
Tarix: 21-11-2019, 18:50
Baxılıb: 1 630
Google+ Paylaş
Tumblr Paylaş

Etirazçılar İraq-Küveyt sərhəd keçidini bağlayıblar

21-11-2019, 18:50

 İraqda ötən ayın əvvəlindən başlyan etirazlar fonunda aksiyaçılar Küveytlə ölkəni birləşdirən sərhəd keçidlərindən birini bağlayıblar.
Avromedia.az xəbər verir ki, bəsrəli etirazçılr iş yerlərinin açılması və işlə təmin edilməsi tələbi ilə ölkəni Küveytə birləşdirən Safvan sərhəd keçidini bağlayıblar.
Yüzdən çox etirazçı məişət vəziyyətlərinin yaxşılaşdırılması üçün hökumətin təcili addımlar atmasını istəyiblər.
Qeyd edək ki, son həftələrdə bəsrəli etirazçılar ölkənin ən böyük iqtisadi limanı Ümmul-Qəsr limanı yolunu da dəfələrlə bağlayıblar.
Xatırladaq ki, ötən ayın əvvəlindən ölkədə  korupsiyaya qarşı mübarizə və iqtisadi vəziyyətlə bağlı etirzlar keçirilir. Hökumətin vədləri və addımlarına baxmayaraq bu aksiya və etirazlar səngimək bilmir. Bir çox bölgələrdə aksiyaçıların yol kəsməsi və iğtişaşlar adi hal alıb. İraqın rəsmi mənbələri bundan öncə bildiriblər ki, etirazlara görə ölkə iqtisadiyyatına azı 6 milyard dollar ziyan dəyib.
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ