Hollandiya Fələstinə verdiyi yardımları dayandırıb
Tarix: 21-11-2019, 17:30
Baxılıb: 1 128
Google+ Paylaş
Tumblr Paylaş

Hollandiya Fələstinə verdiyi yardımları dayandırıb

21-11-2019, 17:30

Hollandiya Fələstin muxtariyyətinə maddi yardımlarını dayandırdığını bəyan edib.
Avromedia.az Fələstin mətbuatına istinadla xəbər verir ki, Hollandiya parlamenti ötən gün muxtariyyətə verilən illik təqribən 20 milyon avroluq yardımın dayandırılması barədə qərar qəbul edib.
Eyni zamanda Hollandiya parlamenti İordan çayının qərb sahilində İsrailin saldığı yəhudi yaşayış massivlərinin məhsullarına (Avropa İttifaqı tərəfindən) qoyulan qadağaya əməl etməyəcəyini bəyan edib.
Qeyd edək ki, bundan öncə Hollandiya BMT-nin fələstinli qaçqınlara yardım proqramını həyata keçirən UNRWA humanitar təşkilatına ayırdığı maddi yardımı da dayandırıb.
Qeyd edək ki, ilk dəfə Donald Tramp BMT-nin UNRWA humanitar təşkilatına yardımlarını dayandırıb. İsrail Hollandiyanın addımlarını özü üçün siyasi nəaliyyət hesab edib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ