Fələstinin İordan Vadisi bölgəsinin İsrailə əlavə edilməsi üçün addımlar atılır
Tarix: 20-11-2019, 18:50
Baxılıb: 1 131
Google+ Paylaş
Tumblr Paylaş

Fələstinin İordan Vadisi bölgəsinin İsrailə əlavə edilməsi üçün addımlar atılır

20-11-2019, 18:50

"Benyamin Netanyahu İordan Vadisi bölgəsinin İsrailə əlavə edilməsi üçün yaşıl işıq yandırıb."
Avromedia.az RT-ə istinadla xəbər verir ki, bu barədə İsrailin "The Jerusalem Post" qəzeti Likud partiyasının Knessetdəki depuatatlarından biri Şarin Haskelə istinadla məlumat dərc edib.
Mənbə bildirib ki, baş nazir Benyamin Netanyahu (Fələstinin) İordan Vadisi bölgəsinin İsrailə əlavə edilməsi layihəsinin parlamentə çıxarılıb, müzakirə edilməsi və qəbul edilməsinin tərəfdarıdır.
Mənbənin məlumatına görə ABŞ İordan çayının qərb sahilində (Fələstin) yəhudi yaşayış massivlərinin qanuni olduğunu bildirdikdən sonra, artıq İordan Vadisinin də İsrailə əlavə edilməsi üçün münbit şərait və dəstəklər var.
Knessetin deputatı bildirib ki, Benyamin Netanyahu müzakirəyə çıxarılması nəzərdə tutulan bu layihə ilə tam razıdır.
Qeyd edək ki, İordan Vadisi İordan çayının qərb sahilindəki (Fələstin) ərazilərinin təqribən 30 faizini təşkil edir. Bu vadidə yaşayanların çoxu fələstinli olmasına baxmayaraq, hərbi baxımdan tam şəkildə İsrailin işğalındadır.
İsrail İordan çayının qərbini 1967-ci ildə işğal edib. Bu bölgənin İordan Vadisində tam şəkildə yerləşib və digər bölgələrdə 80-dən çox yəhudi yaşayış massivi inşa edib.
ABŞ hökuməti Qüdsü İsrailin paytaxtı, Colanı İsrailin ərazisi kimi tanıdıqdan sonra İordan çayının qərbindəki 80-dən çox yəhudi yaşayış massivinin də qanuni olduğunu bildirib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ