Boliviyadakı etiraz aksiyalarında Evo Moralesin 3 tərəfdarı ölüb
Tarix: 20-11-2019, 17:30
Baxılıb: 550
Google+ Paylaş
Tumblr Paylaş

Boliviyadakı etiraz aksiyalarında Evo Moralesin 3 tərəfdarı ölüb

20-11-2019, 17:30

 Boliviya təhlükəsizlik qüvvələri El-Alto şəhərində istefa verən eks-prezident Evo Moralesin tərəfdarlarına qarşı güc tətbiq edib. Avromedia.az-ın xarici KİV-lərə  istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində üç nəfər ölüb, 30 nəfər yaralanıb.
Hərbçilər etirazçıların barrikadalar qurduğu Senkata məhəlləsində əməliyyat keçirib.
"Defensoria del Pueblo" hüquq müdafiə təşkilatının məlumatına görə, əməliyyatın məqsədi Boliviyanın paytaxtı La Paza təbii qaz və yanacaq aparan tankerlərin təhlükəsiz şəkildə doldurmasını təmin etməkdir.
Hüquq müdafiəçiləri Boliviya Baş Prokurorluğunu hadisəni araşdırmağa, insan ölümlərində günahkar olanları mühakimə etməyə və ordunun ictimai aksiyalara müdaxiləsini dayandırmağa çağırıb.
Boliviyada oktyabrın 20-də baş verən iğtişaşlar nəticəsində 27 nəfər ölüb, azı 765 nəfər yaralanıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ