Əfqanıstanda onlarla İŞİD üzvü ordu qüvvələrinə təslim olub
Tarix: 16-11-2019, 19:30
Baxılıb: 1 626
Google+ Paylaş
Tumblr Paylaş

Əfqanıstanda onlarla İŞİD üzvü ordu qüvvələrinə təslim olub

16-11-2019, 19:30

 Əfqanıstanın Nəngərhar əyalətində onlarla İŞİD üzvü Əfqanıstan ordusuna təslim olublar.
Avromedia.az  BBC-ə istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nəngərhar əyalətində Calalabad şəhərinin 60 km məsafəsində yerləşən Əçin rayonu ərazisində 140 nəfər ordu qüvvələrinə təslim olublar.
Onlar onlarla İŞİD üzvü və onların ailələrindən ibarətdirlər.
Məlumata görə Nəngərhar əyalətinin dağlarına sığınan bu qüvvələr havaların soyuq keçməsinə tab gətirə bilməyərək,  aşağı enib orduya təslim olublar.
Onların arasında İordaniya, Pakistan, Özbəkistan və sair xarici dövlətlərin vətəndaşları da var.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ