“Türk Hava Yolları” Çinin daha bir şəhərinə uçuş həyata keçirəcək
Tarix: 8-11-2019, 20:14
Baxılıb: 1 641
Google+ Paylaş
Tumblr Paylaş

“Türk Hava Yolları” Çinin daha bir şəhərinə uçuş həyata keçirəcək

8-11-2019, 20:14

İlk dəfə 1999-cu ildə Pekinə uçmaqla Çin bazarına daxil olan "Türk Hava Yolları" ölkənin daha bir şəhərini - Sianıöz uçuş şəbəkəsinə əlavə etdi. Avromedia.az-a Şirkətin Bakı ofisindən bildirilib ki, Pekin, Şaxnay və Quançjouya uçuşlar təşkil edən aviaşirkət, Çin bazarındakı 20-ci fəaliyyət ilində Sian reysini açmaqla "Asiya nəhəngi"ndəki uçuş məntəqələrinin sayını dördə çatdırdı.
Sianın uçuş xəritəsinə əlavə edilməsi qərarı 5 noyabr tarixində "Türk Hava Yolları"nın İdarə Heyətinin və İcraiyyə Komitəsinin Sədri cənab İlkər Ayçı və Şanxi Əyaləti Kommunist Partiyası Komitəsinin Katibi Hu Hepinq arasında baş tutan görüşdən sonra verilib.
Bu ilin sonunda başlayacaq Sian uçuşları ilkin olaraq həftədə üç dəfə təşkil ediləcək. Lakin 2020-ci ilin yay cədvəlinə keçidlə birgə uçuşların sayı tədricən artırılacaq. Sian reysinin işə düşməsi ilə"Türk Hava Yolları"və Çin arasındakı qarşılıqlı uçuşların sayı həftədə 24-ə çatacaq.
Türkiyənin əsas və ən böyük aviaşirkətinin İdarə Heyətinin və İcraiyyə Komitəsinin Sədri cənab İlkər Ayçı yeni Sian uçuşu ilə bağlı deyib: "Biz Sian istiqamətində uçuşların iki ölkə arasındakı turizm, ticarət, mədəniyyət və iqtisadi əlaqələrə töhfə verəcəyini gözləyirik. Mən inanıram ki, bizim tərəfimizdən yaradılan bu nəqliyyat k
örpüsü münasibətləri dərin tarixi köklərə əsaslanan hər iki cəmiyyət üçün müsbət nəticələr əldə etməyimizi sürətləndirəcək."
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ