Duma üzvü azərbaycanlının fəaliyyətini yüksək qiymətləndirdi - FOTO
Tarix: 8-11-2019, 18:21
Baxılıb: 1 127
Google+ Paylaş
Tumblr Paylaş

Duma üzvü azərbaycanlının fəaliyyətini yüksək qiymətləndirdi - FOTO

8-11-2019, 18:21

Ədalətli Rusiya Partiyasının sədri, Rusiya Federasiyası Dövlət Dumasındakı fraksiya rəhbəri Sergey Mironov Moskva vilayətinin Ximki şəhər dairəsi Deputatlar Sovetinin deputatı, partiyanın yerli şöbəsinin sədri, Milli Mədəni Muxtariyyətin sədri Xanoğlan Əliyevin fəaliyyətini yüksək qiymətləndirib. Sergey Mironov və Xanoğlan Əliyevin görüşü Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında baş tutub. Avromedia.az xəbər verir ki, Millət vəkili Xanoğlan Əliyev, partiyanın yerli bölməsinin fəaliyyətinə dair hesabat təqdim edib. Görüşdə partiyaya yeni üzvlərin qəbulu barədə məlumat verilib, vətəndaşların müxtəlif təbəqələri, o cümlədən az qorunan qruplar tərəfindən qəbula ünvanlanan məsələlərin həllində maksimum kömək, dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində xeyriyyəçilik işlərindən danışılıb.
Sergey Mironov Xanoğlan Əliyevin çoxşaxəli və kifayət qədər uğurlu fəaliyyətini yüksək qiymətləndirib: 
“Uğurlu və ahəngdar ictimai-siyasi fəaliyyətiniz, xeyriyyəçilik, milli-mədəni əlaqələr və millətlərarası münasibətlər sahəsindəki işləriniz əla nəticələr verir”.

N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ