Ekspert: ABŞ donanmasını bir zərbə ilə tam məhv etmək olar
Tarix: 8-11-2019, 09:00
Baxılıb: 1 625
Google+ Paylaş
Tumblr Paylaş

Ekspert: ABŞ donanmasını bir zərbə ilə tam məhv etmək olar

8-11-2019, 09:00

ABŞ-la müharibə olarsa, Nyuport şəhərində yerləşən təyyarədaşıyan gəmiləri inşa edən yeganə ABŞ gəmiqayırma zavodunu vurmaqla bütün donanmanı məhv etmək olar.
Avromedia.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı hərbi ekspert Konstantin Sivkov çıxış edib.
Sivkov ABŞ-ın təyyarədaşıyan gəmilərinin necə məhv ediləcəyini belə izah edib:
"ABŞ donanması hazırda müasir tələblərə cavab verən 12 təyyarədaşıyana sahibdir. Bir təyyarədaşıyan gəminin inşasına 5 il vaxt lazım olduğu üçün donanmanın yenilənmə tempi aşağıdır. Yüksək texnologiyaya malik bir düşmənlə müharibə aparılarsa, yeni təyyarədaşıyanları istifadəyə vermək və ABŞ təyyarədaşıyan gəmilərinin potensialını artırmaq çox çətin olacaq".
O qeyd edib ki, Rusiya ABŞ-la müharibəyə girərsə, gəmi əleyhinə raketlər istehsal edəcək və bununla ABŞ donanmasına ciddi zərbə vurulacaq.
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ