Şərqi Azərbaycanda 6 ballıq zəlzələ: 5 ölü, 120 yaralı
Tarix: 8-11-2019, 09:32
Baxılıb: 1 628
Google+ Paylaş
Tumblr Paylaş

Şərqi Azərbaycanda 6 ballıq zəlzələ: 5 ölü, 120 yaralı

8-11-2019, 09:32

İranın Şərqi Azərbaycan əyalətində 6 bal gücündə zəlzələ baş verib.
Avromedia.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələnin episentri Təbrizdən 156 kilometr məsafədə, ocağı 62 kilometr dərinlikdə olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi isə zəlzələnin yerli vaxtla saat 02:47-də baş verdiyini, zəlzələ ocağının 2 kilometr dərinlikdə yerləşdiyini açıqlayıb.
Zəlzələ Azərbaycan Respublikasının Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı rayonlarında hiss olunub.
Şərqi Azərbaycandakı zəlzələ nəticəsində 5 nəfərin həlak olduğu, 120 nəfərin yaralandığı bildirilir.
Zəlzələ Araz çayının bu tayında da hiss olunub.
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ