Küveyt rəsmiləri İran prezidentinin məktubunu Səudiyyə kralına çatdırıblar
Tarix: 6-11-2019, 17:10
Baxılıb: 262
Google+ Paylaş
Tumblr Paylaş

Küveyt rəsmiləri İran prezidentinin məktubunu Səudiyyə kralına çatdırıblar

6-11-2019, 17:10

Küveyt rəsmiləri bildiriblər ki, İran prezidentinin məktubunu Səudiyyə Ərəbistanı və Bəhreyn krallarına çatdırıblar.
Avromedia.az Küveyt mətbuatına istinadla xəbər verir ki, bu barədə adıçəkilən ərəb dövlətinin xarici işlər nazirinin müavini Xalid Carullah məlumat verib.
Küveyt rəsmisi bildirib ki, onlar İran prezidentinin Fars Körfəzində dəniz nəqliyyatının təhlükəsizliyi ilə bağlı məktubunu Səudiyyə və Bəhreyn tərəfinə çatdırıblar.
Qeyd edək ki, İranın Prezident Administrasiyanın sözçüsü Əli Rəbii iki gün öncə İran prezidentinin Səudiyyə və Bəhreyn krallarına məktub ünvanlamasını təsdiqləyib. O bildirib ki, İran prezidenti Həsən Ruhani körfəzdə dəniz nəqliyyatının təhlükəsizliyinin və bölgədə sabitliyin təmin edilməsi barədə Səudiyyə Ərəbistanı və Bəhreyn krallarına məktub göndərib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ