Bəxtiyar Hacıyev Ermənistan nazirinə İsveçdə elə suallar verdi ki...
Tarix: 6-11-2019, 08:47
Baxılıb: 1 030
Google+ Paylaş
Tumblr Paylaş

Bəxtiyar Hacıyev Ermənistan nazirinə İsveçdə elə suallar verdi ki...

6-11-2019, 08:47

Tanınmış politoloq Bəxtiyar Hacıyev Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla İsveçdə qarşılaşıb.
Musavat.com xəbər verir ki, by barədə ictimai fəal özünün Facebook səhifəsində xüsusi yazı paylaşıb. Yazıdan aydın olur ki, Z. Mnatsakyan İsveçin Beynəlxalq Əlaqələr İnstitutunda Şərq Tərəfdaşlığı mövzusunda çıxış edirmiş. O, öz çıxışında Ramil Səfərov mövzusuna, onun əfv edilməsi məsələsinə də toxunub və elə bir görüntü yaratmağa çalışıb ki, sanki, Ermənistan sülh carçısıdır və münaqişənin həll olunmamasının tək müqəssiri Azərbaycandır.
Bəxtiyar Hacıyevin yazısından sitat: "Tədbirdə iştirak edən deputat Asim Mollazadə Minsklə bağlı bir müzakirəyə zarafatla şərh verdi və "Minsk soyuducu istehsal edib, dondurulmuş konflikt verib", dedi və daha sonra erməni XİN-dən xüsusi ilə Xocalıda uşaqların, qadınların və mülki şəxslərin öldürülməsində birbaşa iştirak etmiş Köçəryanın beynəlxalq məsuliyyətə cəlb edilməsinə, məsələnin araşdırılmasına Ermənistanın hazır olub-olmaması barədə sual soruşdu. Mnatsakanyan bir az həşir salıb, hay-küylə Azərbaycan tərəfinin də müqəssir olduğunu bildirdi və sonda Azərbaycan tərəfinə xitabən "burada mələk kimi görünməyə çalışmaq lazım deyil", dedi".
Bundan sonra Bəxtiyar Hacıyev söz alıb və deyib ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş verəndə bir çoxlarında müsbət gözləntilər vardı ki, Paşinyan hakimiyyəti Qarabağ mövzusunda konstruktiv, ağıllı davranacaq.
Sitat: "Amma, biz sizin Vaşinqtonda, Brüsseldə və digər Avropa paytaxtlarında çıxışlarınızla Ermənistandakı çıxışlarınızı dinləyəndə tam əks mənzərə görürük. Birtərəfli çıxış edirsiniz və buralarda sülhdən danışıb, Ermənistanda tam əks addımlar atırsınız".
Daha sonra B.Hacıyev erməni naziri suallarla sıxışdırıb: "Suala keçəndə dedim ki, bayaq dediniz mələk kimi təqdim edirsiniz özünüzü, amma, siz də mələk deyilsiniz və özünüzü belə təqdim edirsiniz. Hamımıza məlumdur ki, Şərq Tərəfdaşlığının rifahı, təhlükəsizliyi, stabilliyi üçün Qarabağ münaqişəsinin həlli vacibdir. Necə ola bilər ki, Şərq Tərəfdaşlığının bir ölkəsinin baş naziri bütün ölkələr tərəfindən başqa bir Şərq Tərəfdaşlığı ölkəsinin ərazisi sayılan, işğal altında torpaqlara gedib, "Qarabağ Ermənistandır və nöqtə" deyir, Qarabağın Ermənistana birləşdirilməsinə çağırış edir və sülhdən danışır. Bu, sülhə necə töhfə verir?
Mnatsakanyan bir neçə başqa sualı alandan sonra sualıma anlaşılmaz "...baş nazirimizin Qarabağdakı çıxışı elə onu göstərirdi ki, münaqişənin həlli Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ xalqlarından asılıdır", kimi absurd cavab verdi. Amma, sonradan tədbir iştirakçılarının bir neçəsi yaxınlaşaraq, yerində sual verildiyini və cavabın absurd olduğunu bildirdilər".
 
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ