Rusiyanın S-300PS zenit raket kompleksi ilk dəfə sınaq üçün döyüş tapşırığını yoxlamaq məqsədi ilə Tacikistandakı rus hərbi bazasına aparılıb.
Avromedia.az xəbər verir ki, bu barədə məlumatı “Zvezda" televiziyası yayıb. Məlumata görə, havadan müdafiə sistemləri bazaya çatdırıldıqdan sonra rus əsgərlər sistemin qurulması üçün hazırlıqlara başlayıb. Hazırlıq başa çatdıqdan sonra sınaqlara başlanılacağı bildirilib.
Havadan müdafiə sisteminin gətirilməsində məqsəd Rusiya hərbi bazasının qorunması və Tacikistan Silahlı Qüvvələri ilə birlikdə havadan təhlükəsizliyi təmin etməkdir.