Paşinyan nazirlərinin maaşını artırdı - GİZLİ ŞƏKİLDƏ
Tarix: 22-10-2019, 08:54
Baxılıb: 1 024
Google+ Paylaş
Tumblr Paylaş

Paşinyan nazirlərinin maaşını artırdı - GİZLİ ŞƏKİLDƏ

22-10-2019, 08:54

Ermənistanın baş naziri Nikol Paşinyan gizli şəkildə nazirlərin, onların müavinlərinin və nazirliklərin baş katiblərinin maaşlarını iki dəfə artırmaq barədə göstəriş verib.
Bu barədə netq.am saytının internet nəşri xəbər yayıb.
Nəşr bununla bağlı üç nazirliyə - Fövqəladə Hallar, Maliyyə və Ətraf Mühit nazirliklərinə müvafiq sorğular göndərib. Maliyyə Nazirliyi cavab verməyib, digər iki nazirlik işçilərinin sayı və əmək haqqı fondu haqqında məlumat təqdim edib. Oradan belə nəticəyə gəlmək olur ki, məsələn, Fövqəladə Hallar Nazirliyinin rəhbəri Feliks Tsolakyanın dörd ayda (may, iyun, iyul və avqust) ümumi maaşı 6 milyon dram (12,5 min dollar) təşkil edib. Yəni nazir ayda 1,5 milyon dram alıb. Ətraf Mühit naziri Eric Qriqoryana da eyni məbləğdə maaş verilib.
Nəşr maliyyə naziri Atom Djanguzyanın maaşı ilə bağlı məlumat əldə edə bilməyib.
Ermənistanda qüvvədə olan qanuna görə, nazirin əmək haqqı vergi güzəştləri daxil olmaqla 793 min dram və ya təxminən 1660 dollardır. Beləliklə, baş nazirin gizli qərarı ilə nazirlərin maaşları demək olar ki, iki dəfə artırılıb.
Baş nazir nazir müavinlərini də incitməyib: onlar əvvəlki 562 min dram əvəzinə indi 1.06 milyon alırlar və nazirliyin baş katibinin maaşı 595 mindən 870 min drama qədər artıb.
Ermənistan baş nazirinin mətbuat xidməti maaşların artırılması ilə bağlı məlumatların yayımlanmasına qadağa qoyaraq nəşrin sorğusuna cavab verməyib.
Nəşr yazır ki, Ermənistanda nazirlərin və onların müavinlərinin maaşlarının həcmi qanunla tənzimlənir, bu səbəbdən də mövcud vəziyyət izahat tələb edir./Virtualaz.org
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ