Kılıçdaroğlu sözünü dəyişdi: Sanki Ərdoğan...
Tarix: 18-10-2019, 13:12
Baxılıb: 492
Google+ Paylaş
Tumblr Paylaş

Kılıçdaroğlu sözünü dəyişdi: Sanki Ərdoğan...

18-10-2019, 13:12

ABŞ-ın vitse-prezidenti ilə Ərdoğanın görüşünə baxın, elə bil Ərdoğan Trampla görüşür, ikisi də yan-yana durub. Pens Amerika prezidentidir? Niyə ona belə münasibət sərgilənir?
Avromedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın vitse-prezidenti Mayk Pensin görüşünə münasibət bildirən Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılçdaroğlu deyib.
CHP başçısı ABŞ və Türkiyənin bərabərhüquqlu dövlət olduğunu bildirib:
“Masanın başında sadəcə Prezident Ərdoğan oturmalı idi, belə bir mənzərə mənə ağır gəldi. Nə edirlər-etsinlər, vaxtilə necə Kiprdə sülh əməliyyatlarında dözdüksə, indi də dözə bilərik. Sanksiya tətbiq edəcəklər deyə, mən təslim olmalıyam? Müqavimət göstərmək lazımdır. Dövlətlərarası münasibətlər sərtləşə bilər, bunu qəbul edə bilərəm. Amma xarici siyasət ölkələrin maraqları üzərində qurulur, önəmli olan da bu maraqları qoruya bilməkdir”.
Qeyd edək ki, 3 gün öncə CHP lideri Kamal Kılıçdaroğlu Türkiyənin Suriyanın şimalında apardığı “Sülh çeşməsi” əməliyyatını tənqid etmiş, bunun bir ölkənin daxili işinə qarışmaq olduğunu bildirmişdi.
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ