Kataloniyada etiraz aksiyalarının üçüncü günündə 40-dan çox insan xəsarət alıb
Tarix: 17-10-2019, 18:30
Baxılıb: 1 625
Google+ Paylaş
Tumblr Paylaş

Kataloniyada etiraz aksiyalarının üçüncü günündə 40-dan çox insan xəsarət alıb

17-10-2019, 18:30

Kataloniyada keçirilən etiraz aksiyaları zamanı azı 41 nəfər yaralanıb, 20 nəfər saxlanılıb.
Bu barədə "20minutos" qəzeti hüquq-mühafizə orqanlarına istinadən xəbər verir.
Avromedia.az RİA"Novosti"yə istinadən xəbər verir ki, ən çox xəsarət alanlar Barselonada qeydə alınıb, burada 28 nəfər kömək üçün xəstəxanalara müraciət edib.
Məlumata əsasən, 5 nəfər Jirona, 3 nəfər Leyde, 2 Manres və Sils və Saliens bələdiyyələrində yaralanıb.
Oktyabrın 14-də İspaniya Ali Məhkəməsi, Kataloniyanın müstəqilliyi ilə bağlı referendumun təşkilində ittiham edilən 12 siyasətçinin həbsi barədə qərar qəbul edib. 
Kataloniya Baş nazirinin keçmiş müavini Oriol Junkeras 13 illik həbs cəzasına məhkum edilib.
Digərlərinə 9 ildən 13 ilə qədər həbs cəzası verilib.
Qeyd edək ki, 1 oktyabr 2017-ci il tarixində müstəqillik referendumunun təşkilində iştirak etməkdə ittiham edilən 12 müttəhimdən doqquzu nəzarətda saxlanılır, üçü isə girov qarşılığında şərti azadlığa buraxılıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ