Ərdoğan Sevr planını məhv edir – Sensasion şərh
Tarix: 9-10-2019, 16:40
Baxılıb: 1 737
Google+ Paylaş
Tumblr Paylaş

Ərdoğan Sevr planını məhv edir – Sensasion şərh

9-10-2019, 16:40

İki gündür ABŞ mediası - şou-biznes mətbuatından tutmuş ciddi media resurslarına qədər hamısı - dayanmadan Türkiyənin üzərinə hücuma keçib. Türkiyə ilə ABŞ arasındakı 50 illik müttəfiqlik dönəmində, əlbəttə, zaman-zaman narazılıqlar yaşanıb. Lakin ilk dəfədir ki, Türkiyə bu qədər sərt şəkildə ittiham edilir.
Bu sözləri Avromedia.az-a açıqlamasında Avropa.info saytının baş redaktoru Ruslan Bəşirli deyib. O bildirib ki, artıq ABŞ-da bəzi senatorlar və konqresmenlər Türkiyəyə qarşı “misli görünməmiş sanksiyalar”dan danışırlar:
“Türkiyə PKK və YPG terror təşkilatına qarşı böyük əməliyyata hazırlaşır. ABŞ da 40 min TIR silah-sursat verdiyi PKK/YPG üçün təlaş keçirir. Lakin məsələ bu qədər bəsit deyil. Məlumdur ki, ABŞ və İsrailin əsas planı Türkiyənin sərhədlərində olmaqla, İraq-Suriya sərhədindən Aralıq dənizinə qədər bir zolaqda “terror dövləti” qurmaqdır. Bu zolaq Suriyanın neftlə zəngin bölgəsidir və Aralıq dənizinə çıxır. Lakin əsas məsələ bunun iqtisadi tərəfləri deyil. Suriyanın yenidən dizayn edilməsi və “terror dövləti” qurma cəhdləri Sevr planının tərkib hissəsidir. Qurulması planlaşdırılan “terror dövləti” də xəyali “Böyük İsrail” planının bir tərkib hissəsidir”.
Baş redaktor bildirib ki, bu gün bu planın qarşısında duran Türkiyə və onun lideri Rəcəb Tayyib Ərdoğandır:
“Türkiyə ilk olaraq “Fərat qalxanı”, sonra isə “Zeytun budağı” əməliyyatları ilə bu plana zərbə vura bildi. İndi isə yeni əməliyyatla bu plana daha böyük zərbə vurmağı planlaşdırır. Təqdir edərsiniz ki, həm “Fərat qalxanı”, həm “Zeytun budağı”, həm də qısa zamanda startı veriləcək “Barış pınarı” əməliyyatları Ərdoğanın şəxsi təkidi, qətiyyəti nəticəsində baş tutub. “Barış pınarı” və ondan sonrakı əməliyyatlar da Türkiyənin qələbəsi ilə yekunlaşarsa, Ərdoğan dünya tarixinə imperializmin Sevr planlarına əngəl olan bir lider olaraq düşəcək”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ