"Johnson & Johnson" amerikalıya 8 milyard dollar təzminat ödəməlidir
Tarix: 9-10-2019, 16:13
Baxılıb: 1 134
Google+ Paylaş
Tumblr Paylaş

"Johnson & Johnson" amerikalıya 8 milyard dollar təzminat ödəməlidir

9-10-2019, 16:13

ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya məhkəməsi "Johnson & Johnson" kompaniyasını şizofreniya və biopolyar pozğunluğun müalicəsi üçün hazırladığı preparatın yan təsirindən zərər görən Merilend ştatının sakininə təzminat qismində 8 milyard dollar ödəməyə təhkim edib.
AZƏRTAC bildirir ki, iddiaçı Nikolas Mürrey öz şikayətində 2003-2008-ci illərdə həkimin göstərişi ilə "Risperdal" preparatını qəbul etdiyini və ginekomastiyaya (kişilərdə süd vəzisinin böyüməsi) məruz qaldığını bildirib.
Mürreyin fikrincə, kompaniyada preparatın yan təsirini bilsələr də, bu barədə həkimləri və pasiyentləri lazımi dərəcədə məlumatlandıra bilməyiblər.
2015-ci ildə məhkəmə bu iş üzrə ilk qərarını çıxararaq "Johnson & Johnson" kompaniyasını 1,75 milyard dollar təzminat ödəməyə təhkim etmişdi.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ