ABŞ Türkiyə iqtisadiyyatını dağıda bilər? – Rus ekspert
Tarix: 9-10-2019, 14:53
Baxılıb: 534
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ Türkiyə iqtisadiyyatını dağıda bilər? – Rus ekspert

9-10-2019, 14:53

Əvvəl ABŞ Şimali Koreya, Rusiya və İran iqtisadiyyatını məhvə çalışırdı. Faydası olmadı, bundan sonra dünya iqtisadiyyatını tənəzzül təhdidinə məruz qoyan ABŞ-Çin ticarət müharibəsini başlatdılar. Ümumiyyətlə, cənab Tramp dünya iqtisadiyyatının necə qurulmasından xəbərsiz olan, həddən artıq qeyri-sabit insan təəssüratı oyadır.
Avromedia.az xəbər verir ki, bu sözləri rusiyalı iqtisadçı Aleksandr Razuvayev deyib.
“Tramp başa düşmür ki, şüşə evdə yaşayırsansa, daş atmaq olmaz. Türkiyənin polad və alüminium tariflərini qaldırdığını xatırlamaq kifayətdir. F-35 müqaviləsinin pozulması nəticəsində Türkiyə təxminən 9 milyard itirəcək. Ankara bir sıra iş yerləri və iqtisadi faydalı müqavilələrdən məhrum olacaq. Türkiyə beşinci nəsil F-35 qırıcısının 900-dən artıq komponentinin istehsalı ilə məşğul olurdu, indi isə bununla əsasən ABŞ məşğul olacaq. Türkiyə üçün 9 milyard çox, yoxsa azdır? Ötən il ümumi daxili məhsul 714 milyard dollar olub. Odur ki, itkilər ÜDM-in 2 faizindən az olacaq. Əslində Trampın sözləri boşdur. ABŞ Türkiyəyə ciddi heç bir şey edə bilməyəcək. Bundan əlavə, amerikalılar genişmiqyaslı sanksiyalara getməyəcək, çünki belə olan halda Türkiyə sadəcə NATO-dan çıxacaq”, - ekspert qeyd edib.
Ekspertin fikrincə, sözügedən məsələdə maraqlı daha bir məqam var:
“ABŞ-ın fəaliyyətləri dollara olan etibarı sarsıdır və bütün bunlar dünyanın yeganə ehtiyat valyutası olan dolların vəziyyətinə ciddi təsir göstərir. Bundan sonra Türkiyə və Rusiya arasında milli valyutadan istifadəyə dair hökumətlərarası müqavilə imzalandı. Sənədin məqsədlərindən biri olan Rusiya ilə Türkiyə arasındakı ödənişlərdə milli valyutalardan istifadənin artması və tədricən milli valyuta istifadəsinə keçid şirkətlər üçün rubl və lirənin cəlbediciliyini artırmaq xarakteri daşıyır”, - Razuvayev bildirib.
Qeyd edək ki, Tramp Türkiyənin Suriyada başlatmaq istədiyi əməliyyata razılıq verəndən və Suriyanın şimalındakı ABŞ ordusunun geri çəkilməsini əmr edəndən sonra daxili təzyiqlər altında ziddiyyətli açıqlamalar verib. Belə ki, ilk olaraq ABŞ liderinin əməliyyat üçün razılaşdırılan sərhədləri keçəcəyi və İŞİD-çilərin qarşısını almayacağı halda Türkiyə iqtisadiyyatını dağıdacağını bildirdiyi yayıldı. Bunun ardınca isə Tramp “ABŞ əsgərlərini evə qaytarmaq üçün seçildim” (Suriyadan çıxmaq anlamında – red.) açıqlamasını verərək, bunları əlavə etdi: “Prezident Ərdoğana “İŞİD-çilərə görə siz məsuliyyət daşıyırsınız” dedim. Suriyada heç kimin tərəfini tutmuram. Ərdoğan ilə yaxşı əlaqələrimiz var”.
Ötən gün isə Tramp “Bir çoxları Türkiyənin ABŞ-ın böyük ticarət partnyoru olduğunu unudur” deyərək, Ankaranın İdlibdə bir çox canı xilas etdiyini, Ərdoğanın 13 noyabrda qonağı olacağını açıqlayıb.
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ