ABŞ-da gizli toplantı: sentarolar Türkiyəyə görə ayağa qalxdı
Tarix: 9-10-2019, 11:41
Baxılıb: 1 132
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ-da gizli toplantı: sentarolar Türkiyəyə görə ayağa qalxdı

9-10-2019, 11:41

Amerikalı respublikaçı senator Lindsi Qraham və demokrat Kris Kuns Konqresə məktub ünvanlayaraq ABŞ preidenti Donald Trampın Suriyadan Pentaqon qüvvələrini geri çəkmək qərarı ilə bağlı iclas keçirilməsini tələb edib.
Avromedia.az xəbər verir ki, sentarolar Trampın qərarının strateji milli maraqlara qarşı ciddi təhlükə olduğunu, bu qərarın Türkiyə, İran və Rusiyanı gücləndirəcəyini və ABŞ-ın bölgədə gücünü zəiflədəcəyini bildiriblər.
Məktubda qeyd edilən YPG/PKK terror təşkilatını işarə edən "kürd ortaqlarımız" birləşməsi diqqət çəkib.
Hərbi və diplomatik məsləhətçilərin prezidentin bu qərarına qarşı çıxdığı vurğulanan məktubda nəticələrini daha yaxşı anlamaq üçün Müdafiə Nazirliyi, Dövlət Departamenti və Kəşfiyyat Mərkəzinin ən yaxın zamanda bütün Konqres üzvlərinin qatılacağı gizli toplantı keçirməsinin vacibliyi qeyd olunub.
Qeyd edək ki, Türkiyə Fərat çayının şərqində terrorçulara qarşı hərbi əməliyyat təşkil etmək üçün ABŞ qüvvələrinin bölgəni tərk etməsini tələb etmişdi. Tramp da bu tələblə razılaşmışdı.
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ