Sudan qüvvələri Yəmən sahillərini tərk edirlər - KİV
Tarix: 8-10-2019, 20:40
Baxılıb: 1 129
Google+ Paylaş
Tumblr Paylaş

Sudan qüvvələri Yəmən sahillərini tərk edirlər - KİV

8-10-2019, 20:40

Sudanlı qüvvələr Yəmənin Ədən şəhərinin şimalında yerləşən əl-Ənəd hərbi qərargahını tərk ediblər.
Avromedia.az xəbər verir ki, bu barədə Yəmənin bir hərbi mənbəsi Almasdaronline.com-a məlumat verib.
Bildirilib ki, Ədəndə yerləşdirilən Sudanın hərbi qüvvələri əz-Zeyt limanında gedərək, gəmilərlə başqa yerə daşınıblar.
Hərbi mənbə Sudan qüvvələrinin hərəkət istiqamətinin dəqiqləşmədiyini bildirib.
Qeyd edək ki, on minlərlə Sudan hərbi qüvvəsi 2015-ci ildən Səudiyyə Ərəbistanın hərbi koalisiyası çərçivəsində husilərlə döyüşə qatılıblar.
Sudan qüvvələri Səudiyyə hərbi koalisiyası tərkibində ən çox itki verən xarici ölkə qüvvələridir.
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ