Misir hökuməti 1070 müəllimi İxvanəl-Müsliminlə əlaqəli olduğuna görə işdən çıxarıb
Tarix: 8-10-2019, 19:30
Baxılıb: 1 132
Google+ Paylaş
Tumblr Paylaş

Misir hökuməti 1070 müəllimi İxvanəl-Müsliminlə əlaqəli olduğuna görə işdən çıxarıb

8-10-2019, 19:30

Misir hökuməti 1070 müəllimi islamçı İxvanəl-Müslimin hərəkatı ilə əlaqəli olduğuna görə kənarlaşdırıb.
Avromedia.az Əlcəzirəyə istinadla xəbər verir ki, bu barədə qərarı Misirin  Təlim-Tərbiyə Nazirliyi verib.
Yerli mətbuat nazirliyin rəhbəri Tariq Şövqiyə istinadla bildiriblər ki, ölkədə qadağan edilmiş İxvanəl-Müslimin hərəkatı ilə bağlı və ona üzv olan 1070 müəllim işlərindən kənarlaşdırılıb.
Misir naziri bundan sonra müəllimlərin işə cəlb edilməsində əlavə qaydalar tətbq ediləcəyini deyib.
Qeyd edək ki, 2013-cü ildə Misirdə Məhəmməd Mursi devrildikdən sonra və hərbçilərin islamçıları təqib etməsi fonunda İxvanəl-Müslimin hərəkatı ölkədə terror qrupu kimi tanıtdırılıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ