20 milyon dollara teleserial çəkiləcək
Tarix: 8-10-2019, 14:17
Baxılıb: 1 131
Google+ Paylaş
Tumblr Paylaş

20 milyon dollara teleserial çəkiləcək

8-10-2019, 14:17

Gələn il Özbəkistanda "Sultana" adlı tarixi televiziya serialının çəkilişlərinə başlanılacaq.
Avromedia.az Azərtac-a istinadən xəbər verir ki, birinci mövsümdə çəkiləcək 6 hissənin büdcəsi 20 milyon dollardır. Sonra isə ikinci mövsümün büdcəsi tutulacaq və o da təxminən bu qədər olacaq.
"Özbəkturizm" Dövlət Agentliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, bu fikirlər serialın çəkilişləri ilə bağlı Daşkənddə "Star Media" şirkətinin baş prodüseri Vladislav Ryaşin və onun tərəfdaşı, tanınmış Fransa-Amerika prodüseri Jan Şarl Levi ilə görüşdə səslənib.
Tarixi serialın çəkilişləri Səmərqənd, Buxara və Xivə şəhərlərində aparılacaq, aktyorların əksəriyyəti Hollivuddan gətiriləcək. Serial ingilis dilində səslənəcək, sonra özbək və digər dillərə tərcümə olunacaq. Hadisələr XVII əsrdə bu qədim şəhərlərdə cərəyan edir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ