Türkiyə və İordaniya ortaq mədəni irsi təbliğ edir
Tarix: 8-10-2019, 17:30
Baxılıb: 1 630
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyə və İordaniya ortaq mədəni irsi təbliğ edir

8-10-2019, 17:30

 İordaniyanın şimalındakı İrbid şəhərində "Tarixi Hicaz dəmir yolu sənədlərdə" mövzusunda sərgi keçirilir.
Avromedia.az-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, sərgi, Türkiyənin Amman səfiri Murat Karagöz, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Yunus Emre İnstitutunun dıstıyi ilə keçirilir. 
Dar-əs-Saray Muzeyində XIX əsr Osmanlı qalasında reallaşan sərginin açılışında ərəb və türkmən qəbilələrinin nümayəndələri, rəsmilər, türk diplomatlar və alimlər iştirak edib. 
"Biz ümumi mədəni irsimizi təkcə Ammanda deyil, həm də İrbiddə tanıtmağa çalışırıq", Türkiyənin Amman səfiri Murat Karagöz "Anadolu"ya açıqlamasında bildirib.
Sentyabrın 17-də Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və İordaniyanın mədəniyyət və gənclər naziri Məhəmməd Ebu Rumman 2020-ci ildə iki ölkə arasında Çarpaz Mədəniyyət ilinin  keçirilməsi haqqında protokol imzalayıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ