İrandan Kərbəlaya gedən zəvvar avtobusu qəzaya uğrayıb - Ölən və yaralananlar var
Tarix: 4-10-2019, 18:10
Baxılıb: 1 678
Google+ Paylaş
Tumblr Paylaş

İrandan Kərbəlaya gedən zəvvar avtobusu qəzaya uğrayıb - Ölən və yaralananlar var

4-10-2019, 18:10

 İranın Xuzestan əyalətinin Xorrəmşəhr şəhəri ərazisində zəvvar avtobusunun qəzaya uğraması nəticəsində ölən və yaralananlar var.
Avromedia.az  FarsNews-a istinadla xəbər verir ki, bu barədə Xorrəmşəhr polisi məlumat yayıb.
Bildirilib ki, Şələmçə keçidi yaxınlığında zəvvar avtobusunun qəzaya uğraması nəticəsində iki nəfər həyatını itirib.
Bu hadisədə daha 30 nəfərin müxtəlif dərəcələrdə yaralandığı deyilir.
Xorrəmşəhr polisi hadisənin səbəbini araşdırır.
Qeyd edək ki, İran rəsmiləri qarşıda gələn Ərbəin ziyarəti ərəfəsində İran-İraq sərhəd keçidlərindən 5 milyon şəxsin keçəcəyini təxmin edir və sərhəd keçidlərində iş rejimini gücləndirir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ