Albaniyada zəlzələ: 68 nəfər yaralandı
Tarix: 21-09-2019, 23:29
Baxılıb: 1 175
Google+ Paylaş
Tumblr Paylaş

Albaniyada zəlzələ: 68 nəfər yaralandı

21-09-2019, 23:29

Albaniyada 5.8 bal gücündə zəlzələ baş verib.
Avromedia.az xəbər verir ki, bu barədə Albaniya Müdafiə Nazirliyi məlumat yayıb. Zəlzələ ocağının ölkənin qərbindəki Durres şəhərindən 30 km məsafədə olduğu bildirilib.
Bölgədə son 20-30 ildə baş verən ən güclü zəlzələ zamanı can və mal itkisi qeydə alınmayıb.
***
Zəlzələ nəticəsində 68 nəfər yüngül xəsarət alıb.
Albaniyanın Səhiyyə naziri Oqerta Manastirliu Tiranadakı Trauma hospitalında zəlzələ nəticəsində xəsarət alan insanlarla görüşüb. Nazir zəlzələ nəticəsində ciddi xəsarət alanların olmadığını bildirib. O, 68 nəfərin Tirana və Durres şəhərlərindəki xəstəxanalara tibbi yardım üçün müraciət etdiklərini deyib.
Qeyd edək ki, zəlzələnin episentrinin Durres şəhərindən 6 kilometr şimalda, ocağının isə 10 kilometr dərinlikdə olduğu bildirilir. Zəlzələnin bir sıra tikililərə də ziyan vurduğu qeyd edilir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ