İran Rusiya və Çinlə birgə Oman dənizində hərbi təlimlər keçirəcək
Tarix: 21-09-2019, 20:35
Baxılıb: 2 005
Google+ Paylaş
Tumblr Paylaş

İran Rusiya və Çinlə birgə Oman dənizində hərbi təlimlər keçirəcək

21-09-2019, 20:35

 İlk dəfə olaraq İran Oman dənizində Rusiya və Çinin dəniz qüvvələrilə birgə hərbi təlimlər keçiriləcək.
Avromedia.az İran mətbuatına istinadla xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının Beynəlxalq əlaqələr şöbəsinin sədri briqada generalı Qədir Nizami məlumat verib.
İranın hərbi rəsmisi bildirib ki, ölkənin dəniz qüvvələri Çinin və Rusiyanın müvafiq qüvvələrilə birgə Oman dənizində və Hind okeanında hərbi təlimlər keçirəcək.
Q. Nizami İranın keçirəcəyi bu hərbi təlimin çox mühüm mesajı olacağını deyib. O bu hərbi təlimlərin keçiriləcəyi zamanı açıqlamayıb.
Qeyd edək ki, İranda İslam İnqilabı qələbə çalanadan sonra bu ilk dəfədir ki, rəsmi Tehran Çin və Rusiya ilə birgə beynəlxalq sularda hərbi təlimə qatılır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ