ABŞ-ın erməni əsilli generalı Rusiyaya hədə qorxu gəldi - FOTO
Tarix: 20-09-2019, 08:00
Baxılıb: 2 829
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ-ın erməni əsilli generalı Rusiyaya hədə qorxu gəldi - FOTO

20-09-2019, 08:00

ABŞ-ın Rusiyanın Kalininqrad vilayətindəki hava hücumundan müdafiə sistemini dəf etməyə imkan verəcək planı mövcuddur.
Breaking Defence xəbər verir ki, bunu ABŞ-ın Avropa və Afrikadakı Hərbi Hava Qüvvələrinin komandanı Ceffri Li Harriqyan deyib.
Onun sözlərinə görə, Pentaqon Avropada mümkün “Rusiya təcavüzünə” cavab verməyə hazırdır. Belə olan təqdirdə havadan, qurudan, dənizdan, kosmosdan – yəni hərtərəfli hücumlar təşkil olunacaq.
General əlavə edib ki, ABŞ bu sxemi daim işləyib hazırlayır və lazım gələrsə tətbiq etməyə hazırdır. Bununla yanaşı, Harriqyan Kalininqrada qarşı hərbi planın təfərrüatlarını açıqlamayıb.
Qeyd etmək lazımdır ki, Ceffri Li Harriqyan erməni əsilli Amerika hərbçisidir. O 1985-ci ildə ABŞ-ın HHQ Akademiyasını qırıcı-pilot ixtisası üzrə bitirib. Harriqyan ABŞ-ın Panamaya təcavüzündə, “Səhrada fırtına”, “Sarsılmaz azadlıq” və digər hərbi əməliyyatlarda yaxından iştirak edib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ