Tacikistanın nümayəndə heyəti “ABAD Factory” Kompleksi ilə tanış olublar
Tarix: 19-09-2019, 18:50
Baxılıb: 1 788
Google+ Paylaş
Tumblr Paylaş

Tacikistanın nümayəndə heyəti “ABAD Factory” Kompleksi ilə tanış olublar

19-09-2019, 18:50

Tacikistanın kənd təsərrüfatı sektoruna cavabdeh olan dövlət qurumlarının və biznes strukturlarının nümayəndələri və sahibkarlar Azərbaycandakı bir sıra istehsalat müəssisələrinin iş prosesi ilə tanış olublar.
Avromedia.az xəbər verir ki, nümayəndə heyəti Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin Quba şəhərindəki “ABAD Factory” İstehsalat Kompleksi ilə yaxından tanış olublar.
Bildirilib ki, ümumi sahəsi 1500 kvadratmetrədək olan müasir istehsalat kompleksində “ABAD”çılar 5 istehsal sahəsi üzrə fəaliyyət göstərirlər. Bura quru meyvələr, kompot, qənnadı, süd və ət məhsulları daxildir.
Sahibkarlıq fəaliyyətinin səmərəli təşkili məqsədilə Quba “ABAD Factory” ərazisində müvafiq infrastruktur yaradılıb. Burada 10 “ABAD”çı ailənin (30 nəfərə yaxın) fəaliyyət göstərməsi nəzərdə tutulub. Məhsul dövriyyəsi çoxaldıqca bu sayın 50 nəfərədək artırılması planlaşdırılır.
Kompleksdə “Pasha Holding”in dəstəyi ilə “ABAD Gastro Village” layihəsi və onun nəzdində olan “Food truck”lər (təkərli qoşqular) parkı salınıb. “ABAD Gastro Village”in səyyar şəkildə fəaliyyət göstərməsi şimal regionlarında yaradılmış turizm infrastrukturunu daha cəlbedici edir. “Truck”lər 5 istiqamət üzrə satış aparır. Bura dönər, burger, pizza, şirniyyat və “ABAD” etno-butiki daxildir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ