İsrailin istənilən yeni baş naziri ilə danışıqlara hazırıq - Fələstinin xarici işlər naziri
Tarix: 19-09-2019, 18:30
Baxılıb: 1 879
Google+ Paylaş
Tumblr Paylaş

İsrailin istənilən yeni baş naziri ilə danışıqlara hazırıq - Fələstinin xarici işlər naziri

19-09-2019, 18:30

"Fələstin muxtariyyəti İsraildə hakimiyyətə gələcək istənilən yeni baş nazirlə danışıqlara hazırdır."
Avromedia.az  Sputnik.Arabic-ə istinadla xəbər verir ki, bunu Fələstin Muxtariyyətinin xarici işlər naziri Riyad əl-Maliki deyib.
Fələstin rəsmisi Oslo şəhərində jurnalistlərə verdiyi açıqlamada İsraildə keçirilən Knesset seçkilərinə toxunub və bildirib ki, onlar demokratik seçkilərin nəticəsinə hörmətlə yanaşacaqlar.
Riyad əl-Maliki vurğulayıb ki, onlar, İsrailin istənilən yeni baş naziri ilə danışıqlara getməyə hazırdırlar.
Qeyd edək ki, İsraildə keçirilən seçkilərin ilkin və qeyri rəsmi nəticələri onu göstərir ki, fələstinlilərə qarşı sərt siyasətlə yadda qalan Benyamin Netanyahu qələbə qazana bilməyəcək. Netanyahunun hakimiyyəti dövründə ABŞ tərəfindən Colan İsrail ərazisi kimi, Qüds isə paytaxtı kimi elan edilib. ABŞ-ın Qüds addımından sonra Fələsrin-İsrail sülh danışıqları rəsmən dayanıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ