Aramco-nun vurulması fonunda Səudiyyə paytaxtında həyəcan siqnalı verilib
Tarix: 19-09-2019, 18:10
Baxılıb: 1 250
Google+ Paylaş
Tumblr Paylaş

Aramco-nun vurulması fonunda Səudiyyə paytaxtında həyəcan siqnalı verilib

19-09-2019, 18:10

Səudiyyə Ərəbistanın Aramco şirkətinin Abqaiq neft təsisatlarının vurulması və İranla gərgin münasibətlər fonunda paytaxt ər-Riyadda həyəcan siqnalı xəbərdarlıq sistemləri işə düşüb.
Avromedia.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın Mülki Müdafiə Təşkilatı rəsmi twitter səhifəsində bəyanat verib.
Bildirilib ki, hazırlıq məqsədilə paytaxt və bir neçə digər şəhərlərdə həyəcan siqnalı xəbərdarlıq sistemləri işə düşüb.
Məlumata görə ər-Riyadla yanaşı Dəriyya, əl-Xərəc və əd-Duləm əyalətlərinin inzibati mərkəzləri də bu sınaq təlimlərin şahidi olub.
Ölkənin Mülki Müdafiə Təşkilatı bildirib ki, öncədən nəzərdə tutulmuş bu hazırlıq təlimi həyəcan siqnalı xəbərdarlıq sistemlərinin işinin qiymətləndirilməsi və hazırlıqların yoxlanılması məqsədilə həyata keçirilir.
Qeyd edək ki, ötən həftə husilərin Abqaiq neft təsisatlarına hücumundan sonra Səudiyyə Ərəbistanın gündəlik neft istehsal və emalı yarıya enib. Səudiyyə və ABŞ bu hücumun arxasında İranın durduğunu bildirib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ