Nikolun 2050 xülyası: real statistika nə deyir? – Millət vəkili
Tarix: 19-09-2019, 13:16
Baxılıb: 1 626
Google+ Paylaş
Tumblr Paylaş

Nikolun 2050 xülyası: real statistika nə deyir? – Millət vəkili

19-09-2019, 13:16

Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdur.
Bu sözləri Avromedia.az-a millət vəkili Sevinc Fətəliyeva Ermənistanın Baş naziri Nikol Paşinyanın elan etdiyi Ermənistan 2050 – Strateji İnkişaf Sənədi haqqında danışarkən deyib. O bildirib ki, işğalçı Ermənistan dərin sosial-iqtisadi böhrandan xilas olmaq iqtidarında deyil:
“Bu da əhalidə hakimiyyətə qarşı inamsızlığı və etirazları gücləndirir. Buna görə də Baş nazir Nikol Paşinyan qeyri-real “layihələrlə” çıxış edərək xalqı aldatmaqla məşğuldur. Paşinyanın elan etdiyi Ermənistan 2050 – Strateji İnkişaf Sənədi ölkədə ciddi qəbul olunmur. Həmin sənəddə əsas məsələ guya Ermənistanda yoxsulluğun və işsizliyin aradan qaldırılması hesab olunur. Amma Paşinyan hakimiyyəti bu problemlərdən xilas olmaq imkanında deyil”.
S.Fətəliyeva beynəlxalq iqtisadi və maliyyə təşkilatlarının da işğalçı ölkə ilə bağlı bədbin proqnozlar verdiyini bildirib:
“Təsadüfi deyil ki, Asiya İnkişaf Bankı Ermənistandakı yoxsulluq səviyyəsini Əfqanıstan və bir sıra geridə qalmış ölkələrlə müqayisə edir. Həmçinin, Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən, Ermənistanın ümumi dövlət borcunun həcminin artacağı proqnozlaşdırılır. Ümumi dövlət borcunun artması, Ermənistanın maliyyə resurslarına ehtiyacı olması 2050 - Strateji İnkişaf Sənədinin qeyri-real hesablamalara əsasən tərtib edildiyini göstərir. Dünya Bankının hesabatına əsasən, Ermənistana xaricdən göndərilən maliyyə vəsaitləri də azalma ilə müşayiət olunur”.
Millət vəkili bildirib ki, Azərbaycanın işğalçı Ermənistanı beynəlxalq və regional layihələrdən təcridetmə siyasəti, əvvəlki iqtidarları olduğu kimi, Paşinyan hakimiyyətini də sərt reallıqlar qarşısında qoyur:
“Hazırda Ermənistan rəhbərliyi açıq-aşkar sübut edir ki, Ermənistanın danışıqlar prosesində iştirakı riyakarlıq və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey deyil. Buna görə də beynəlxalq ictimaiyyət Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməlidir. Həmçinin, işğalçı ölkənin rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan məsuliyyətsiz bəyanatlarını və addımlarını pisləməli, onu bu yoldan çəkindirməli, münaqişənin sülh yolu ilə BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həlli üzrə danışıqlar prosesinə məcbur etməlidir”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ