Səudiyyə teraktı: Rusiya xəbərdar olub, amma... – Sensasiya
Tarix: 17-09-2019, 09:00
Baxılıb: 1 130
Google+ Paylaş
Tumblr Paylaş

Səudiyyə teraktı: Rusiya xəbərdar olub, amma... – Sensasiya

17-09-2019, 09:00

Səudiyyə Ərəbistanında artıq terakt adlandırılan hadisə - ən böyük neft yatağında güclü yanğın, İran obyektlərinə zərbə endirməyin vacibliyi barədə amerikalı senatorun bəyanatı – nə anlama gəlir? Qlobal siyasi-iqtisadi oyun, yoxsa təsadüf? Bütün bunlar kimin üçün faydalıdır? Bütün bunların dünya iqtisadiyyatına təsiri necə olacaq?
Avromedia.az-ın bu və digər suallarını rusiyalı siyasi analitik Dmitri Qolubovski cavablandırıb. Onun sözlərinə görə, Yaxın Şərq siyasətini müəyyən edən həddən artıq faktorlar mövcuddur.
“İran Suriya məsələsində Rusiya və Türkiyənin müttəfiqidir. ABŞ sanksiyalarından əziyyət çəkən İranın Livana və Səudiyyə Ərəbistanına hücum edən Yəmən üsyançılarına böyük təsiri var. İran vaxtın onun əleyhinə işlədiyini yaxşı başa düşür. Sanksiyalar onun iqtisadiyyatını zəiflədir, bunun əvəzində isə onun düşməni Səudiyyə Ərəbistanı ABŞ-la raketdən müdafiə sistemlərinin inkişafı üçün böyük müqavilələr imzalayır. Sözügedən sistemlər yerləşdirildikdən sonra artıq İran öz raketləri ilə Səudiyyənin neft infrastrukturunu təhdid edə bilməyəcək və demək, hücumlar üçün daha həssas olacaq. Buna görə də İranda daha radikal siyasi qüvvələr vəziyyətin indi kəskinləşməsində maraqlıdır. Çünki səudiyyəlilər, amerikalılar və qorxmuş avropalılar hələ buna hazır deyillər”, - ekspert bildirib.
Ekspertin sözlərinə görə, son zamanlar xüsusən neftlə bağlı yaranmış bir sıra fikir ayrılıqlarına baxmayaraq, Səudiyyə Ərəbistanı ABŞ-ın köhnə müttəfiqidir.
“Güclü lider Ərdoğanın rəhbərliyindəki Türkiyə ABŞ-ın onu öz siyasətinə bağlamaq istəyini geri çevirdi, əvəzində amerikalıların Türkiyənin maliyyə-bank sisteminə hücumu ilə üzləşdi və hazırkı məqamda bunun öhdəsindən parlaq şəkildə gəldi. Ötən ili çətin şəraitdə keçirən Türkiyə iqtisadiyyatı və onun maliyyə vəziyyəti hazırda aktiv şəkildə bərpa edilir. Regional süpergüc roluna iddia edən Türkiyə balanslı siyasət aparır. Onun enerji idxalçısı olduğunu və iddia etdiyi rolu nəzərə alsaq, Türkiyəyə bütün amerikayönlü Qərbin iştirak etdiyi böyük müharibə lazım deyil”, - ekspert qeyd edib.
Rusiya ilə bağlı fikirlərini bölüşən Qolubovski Moskvanın hələ Sovet İttifaqı dönəmindən Yaxın Şərqdə geniş maraq dairəsinin olduğunu, buradakı bir çox silahlı qruplaşmalara təsir göstərə bildiyini və geniş casus şəbəkəsinin fəaliyyət göstərdiyini bildirib:
“Suriyaya nəzarət İkiçayarası və Aralıq dənizi zonalarındakı tranzit koridorlarına nəzarət anlamına gəlir. Rusiya həmçinin Suriyada Türkiyə və İranla dostluq etsə də, eyni zamanda, onların güclənməsinə qarşı çıxır, İsraillə də kifayət qədər yaxın münasibətlər saxlayır. İsrail aviasiyası İranın Suriyadakı obyektlərinə növbəti dəfə zərbə endirəndə Rusiya HHM sistemləri həmişə “kor” olur və ruslar öz iranlı müttəfiqlərinə hücum hazırlığı barədə məlumat vermirlər.
İranın Rusiyanın iştirakı və texnologiyası ilə yaradılmış nüvə proqramına nəzarət, həmçinin İrana silah çatdırılması; İranın düşmənlərinə silah verilməsi, potensial münaqişənin hər iki tərəfini silahlandırmaq - əla biznesdir”.
“Öz dominantlığını qorumaqda maraqlı olan ABŞ bunun üçün bütün vasitələrdən istifadə edə bilər. Böyük müharibə və neft qiymətlərinin yüksəlməsi onları qorxutmur. ABŞ-ın regiondakı yeganə daimi strateji müttəfiqi İsraildir. İran – ABŞ-ın strateji rəqibidir. Ərdoğanın səyləri nəticəsində regionda güc yığan Türkiyə isə gələcəkdə rəqib rolunda çıxış edə bilər. Rusiya isə ABŞ üçün razılıq əldə oluna biləcək ölkədir. Məhz buna görə də avropalıların etirazlarına baxmayaraq, Tramp G8-i bərpa etmək istəyir”, - ekspert söyləyib.
“Bu, kimin üçün faydalıdır?”
Ekspertin sözlərinə görə, Səudiyyə Ərəbistanına zərbə endirilməsi Kreml üçün faydalıdır, çünki neft qiymətləri qalxır və regionda gərginlik artır. Yaxın Şərq məsələlərində Kremlin vasitəçiliyinə və silahlarına tələbat yüksəlir:
“Bu fövqəladə vəziyyət həmçinin İrana da əlverişlidir. Amerikalıların indi cavab verməyə bir şeyi yoxdur. İrana zərbə vurmaq üçün regionda kifayət qədər hərbi güc yoxdur, Səudiyyə Ərəbistanı hələ də etibarlı müdafiə olunmur. Neftin bahalaşması və avropalıların ABŞ sanksiyalarının izlənməsi məsələsində yeni “neft şoku”ndan qorxması İran üçün faydalıdır. Sözügedən terakt nə qiymətlərin yüksəlməsindən əziyyət çəkən Türkiyə, nə də terakt nəticəsində böyük pullar itirən Səudiyyə Ərəbistanı üçün faydalı sayıla bilər”.
Bu teraktın amerikalılar üçün faydalı, yoxsa faydasız olması məsələsi mübahisəlidir. Bir tərəfdən İrana cavab vermək və onunla razılaşmağa çalışan avropalılara təzyiqi artırmaq üçün “Kazus belli” (Müharibə üçün hadisə, hərbi insident) qazanır, digər tərəfdən isə istehsalçılarının pul qazanmasına imkan verdiyi üçün neft qiymətlərinin aramla qalxmasından faydalanır. Buna baxmayaraq, yeni “neft şoku”, üstəlik seçki ərəfəsində onlara lazım deyil.
Eskperin sözlərinə görə, bir qədər əvvəl Moskva birjasında bir sıra fiziki şəxslər neft qiymətlərinin artımına külli miqdarda yatırım edib və teraktdan sonra bundan 10 faiz gəlir götürüblər.
“Qoy hər kəs özü nəticə çıxarsın. “Kimin üçün faydalı olduğunu axtar” tezisindən çıxış etsək, mən ehtimal edirəm ki, teraktın arxasında İran dayanır, Kremlin isə teraktdan xəbəri olsa da, mane olmayıb”, - ekspert vurğulayıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ