Məşhur özbək milyarder tütün biznesindən imtina etdi – İslama görə...- İbrətamiz...
Tarix: 14-09-2019, 17:00
Baxılıb: 1 663
Google+ Paylaş
Tumblr Paylaş

Məşhur özbək milyarder tütün biznesindən imtina etdi – İslama görə...- İbrətamiz...

14-09-2019, 17:00

Bizim bir para üzdəniraq iş adamları isə hətta "halal" adı altında da xalqa zəhər sırıyırlar...
Rusiyanın dünyaca məşhur özbək əsilli iş adamı- Əlişir Usmanov Allah tərəfindən insan sağlamlığına zərər vuran maddələrin satışı və istifadəsinə qoyulan qadağa səbəbiylə tütün  məhsulları ticarətindən imtina edib.
Özbək milyarderin  həyat və iş prinsiplərindən "Forbes" jurnalında bəhs edilib. İş adamı 1990-cı illərin əvvəllərində, hələ biznes imperiyasının əsasını qoyduğu  günlərdə bir müsəlmanın tütün məhsulları ilə ticarət etməli olmadığını dərk etdiyini söyləyib.  
"...Çünki bu, insan sağlamlığı üçün təhlükə yaradır... Bir müsəlman olaraq zəhər satmamalıydım... O vaxtdan bəri mənim üçün tütün biznesi mövcud deyil " - deyə milyarder izah edib. 
Özbək iş adamı, həmçinin, vətəni və milliyyəti ilə qürur duyduğunu  da vurğulayıb: 
"Dəfələrlə demişəm ki, mən özbək olduğum üçün fəxr edirəm. Fəxr edirəm ki, Özbəkistan mənim doğma diyarımdır. Özbəkistan üçün, Özbəkistan rəhbərliyi üçün faydalı ola biləcək hər şeyi etməyə hazıram. Həmişə və hər an..."
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ