İsrail İordaniya ərazisindən keçməklə Suriyanın şərqinə aviazərbə endirib - Suriya mənbələri
Tarix: 10-09-2019, 16:50
Baxılıb: 1 633

İsrail İordaniya ərazisindən keçməklə Suriyanın şərqinə aviazərbə endirib - Suriya mənbələri

10-09-2019, 16:50

"İsrail ABŞ-ın dəstəyi ilə İordaniya səmasından keçməklə Suriyanın şərqində orduya dəstək verən hərbi briqadalara hava zərbələri endirib."
Avromedia.az  əl-Məyadinə istinadla xəbər verir ki, bu barədə Suriyanın hərbi mənbələri məlumat veriblər.
Suriya hərbi mənbələri telekanala verdiyi açıqlamada ötən gün ölkənin şərqində Bu-kamal şəhərində orduya dəstək verən iranlı və iraqlı hərbi briqadaların qərargahına endirilən hava zərbələrinin İsrail tərəfindən həyata keçirildiyini bildirib.
Əlavə edilib ki, İsrail ABŞ-ın nəzarətində olan "ət-Tənif" (Suriya ərazisi) qərargahından istifadə edərək, və İordaniya səmasından keçərək, Suriyanın şərqində Bu-Kamala hava zərbələri endirib.
Hava zərbələri inşa edilməkdə olan bir hərbi hissəni hədəfə alıb. Hava zərbələri nəticəsində ölənlərin olmadığı deyilib.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ