Qərb Ərdoğanın "nüvə silahı" sözlərini təhrif edib - Rus mediası
Tarix: 10-09-2019, 09:25
Baxılıb: 1 737

Qərb Ərdoğanın "nüvə silahı" sözlərini təhrif edib - Rus mediası

10-09-2019, 09:25

Qərb mətbuatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nüvə silahı ilə bağlı açıqlamasını tamamilə başqa bir formada dərc edib.
Avromedia.az xəbər verir ki, bu barədə Rusiyanın "Nezavisimaya" qəzetində məqalə dərc edilib.
Qəzet qeyd edir ki, Qərb mediası Ərdoğanın “Türkiyənin nüvə silahına sahib olmaması qəbuledilməzdir” açıqlamasını nüvə silahına sahib olmaq istəyi kimi dəyərləndirib:
"Ərdoğanın bu açıqlamasının Türkiyə-ABŞ arasındakı böhranla və bəzi Yaxın Şərq ölkələrinin nüvə proqramlarına dair fikir ayrılığı ilə bağlılığı var".
Rus mediası bildirib ki, Ərdoğan nüvə silahının qarşısının alınmasının ədalətli şəkildə olmadığını deyib. Ancaq Qərb mediası Ərdoğanın nüvə silahına sahib olmaq istədiyini bəyan edib.
Qeyd edək ki, Ərdoğan nüvə silahı ilə bağlı açıqlamasında bəzi ölkələrin nüvə başlıqlı raketlərə sahib olduğunu və bunun 1-2 dənə olmadığını vurğulayıb.
"Guya biz bunu əldə edə bilmərik. Mən bunu qəbul edə bilmərəm", - Ərdoğan deyib.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ