Sülh danışıqlarının dayanmasından sonra Taliban Əfqanıstanda irimiqyaslı hücuma keçib
Tarix: 9-09-2019, 21:10
Baxılıb: 1 733

Sülh danışıqlarının dayanmasından sonra Taliban Əfqanıstanda irimiqyaslı hücuma keçib

9-09-2019, 21:10

ABŞ prezidenti Donald Trampın Talibanla danışıqları dayandırması qərarından sonra hərəkat silahlıları Əfqanıstanın şimal-şərqində iki rayona irimiqyaslı hücuma keçiblər.
Avromedia.az  BBC.Farsi-ə istinadla xəbər verir ki, Taliban silahlıları Əfqanıstanın şimal-şərqində Təxar əyalətində iki rayona hücuma keçiblər.
Yerli mənbələrin məlumatına görə Taliban əyalətin Yengə-Qala və Xacə-Ğar rayonlarının inzibati mərkəzlərinə doğru hücuma başlayıb.
Əfqanıstan təhlükəsizlik qüvvələri bu şəhərlərdə müqavimət göstərirlər.
Taliban ötən gün adıçəkilən əyalətdə Dəşt-Ərçi qəsəbəsini nəzarətə götürüb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Talibanla aparılan danışıqların dayandırılması göstərişini verib. Buna baxmayaraq, ABŞ dövlət katibi Mayk Pompeo bu danışıqların yenidən başlayacağına ümid edib.
Bu arada Əfqanıstanın baş naziri Abdullah Abdullah bu günkü çıxışında ABŞ dövlətinin qərarına toxunaraq, bildirib ki, artıq Əfqanıstanda sülh üçün olan fürsət əldən gedib.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ