Çavuşoğlu hədələdi: Heç kim qarşımızı ala bilməz!
Tarix: 9-09-2019, 09:41
Baxılıb: 1 130

Çavuşoğlu hədələdi: Heç kim qarşımızı ala bilməz!

9-09-2019, 09:41

Kim olursa-olsun, heç kimin bizim Şərqi Aralıq dənizindəki fəaliyyətimizin qarşısını ala bilməz. Paylaşmağı öyrənəcəksiniz!
Avromedia.az xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Respublikasında (ŞTRK) səfərdə olan Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, Türkiyə tərəddüdsüz, güzətşsiz şəkildə Kiprin türk xalqının yanında olacaq.
XİN rəhbəri Şərqi Aralıqdakı qaynaqlarla bağlı Türikyənin ədalətli, bərabərtərəfli həll yolu təklif etdiyini, lakin yunanların bunu rədd etdiyini əlavə edib:
“Yunanlar açıqlama verilər-verilməz imtina etdilər. Çünki onların dərdi başqadır. Onlara buradan xəbərdarlıq edirəm. Sizin arxasına sığındığınız hər kimsə, istər Avropa Birliyi, istər Yunanıstan, heç kim buradakı fəaliyyətimizin qarşısını ala bilməz və almayacaq! Burada edəcəyiniz şey budur: Paylaşmağı öyrənəcəksiniz!”
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ