İran Hörmüzdə bir xarici qaçaq gəmisi və 12 əcnəbi vətəndaşı saxladığını bildirib
Tarix: 7-09-2019, 18:30
Baxılıb: 1 129

İran Hörmüzdə bir xarici qaçaq gəmisi və 12 əcnəbi vətəndaşı saxladığını bildirib

7-09-2019, 18:30

İranın Sahil post patrul xidməti Hörmüz boğazı yaxınlığında yanacağın qaçaqmalçılığı ilə məşğul olan bir neçə qayıq və gəmini saxladıqlarını bildiriblər.
Avromedia.az FarsNews-a istinadla xəbər verir ki, bu barədə İranın Hormuzqan əyalətinin Sahil post patrul xidməti məlumat yayıb.
Bildirilib ki, Hormuzqan əyaləti sahilləri yaxınlığında yanacaq qaçaqmalçılığı ilə məşğul olan bir kiçik xarici gəmi və bir neçə qayıq, eləcə də onların göyərtəsində olan 12 xarici vətəndaş saxlanılıb.
Bu gəmi və qayıqlarda 283 min litr qaçaq yanacağın aşkarlandığı və qaçaqmalçıların saxlanıldığı bildirilib.
Ələ keçən xarici vətəndaşların filippinli olduğu, onların işinin aidiyyatı məhkəmə qurumlarına təhvil verildiyi deyilib.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ