İran yeni ballistik raketini müvəffəqiyyətlə sınaqdan keçirib
Tarix: 24-08-2019, 21:10
Baxılıb: 1 733

İran yeni ballistik raketini müvəffəqiyyətlə sınaqdan keçirib

24-08-2019, 21:10

"İran yeni ballistik raketini müvəffəqiyyətlə sınaqdan keçirib. İranda müdafiə xarakteli və strateji sistemlərin sınaqdan keçirilməsi intensiv şəkildə davam edib və edəcək. Bu addımlar, ölkənin müdafiə gücünü artırmaq üçün dayanmadan davam edəcək. Dünən də həmin müvəffəqiyyətli günlərdən biri idi."
Avromedia.az İran mətbuatına istinadla xəbər verir ki, bunu İslam İnqilabının Keşikçilər Ordusunun komandanı ordu başçısı Hüseyn Səlami Məşhəd şəhərində keçirilən tədbirlərin birində çıxışı zamanı deyib.
Hüseyn Səlami bildirib ki, İran yeni və yerli ballistik raketi müvəffəqiyyətlə sınaqdan keçirib.
H. Səlami bu raketin adını və xüsusiyyətlərini açıqlamayıb.
Eyni zamanda İran müdafiə nazirinin müavini briqada generalı Qasım Təqizadə "oxşarı olmayan raket"in istehsal edildiyindən və onun artıq orduya verildiyindən söz açıb.
Raketin "düşmən üçün sürpriz" olacağını bildirən İran hərbi rəsmisi vurğulayıb ki, bu ballistik raket inkişaf etmiş və hədəfi dəqiq vura biləndir.
Xatırladaq ki, İran ötən gün müdafiə sənayesi günündə Rusiyanın S300 sistemlərilə rəqabətə girə bilən "Bavər 373" havadan müdafiə sistemini nümayiş etdirib.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ